"Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında tikinti işlərinə başlayacağıq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib.
"Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz əldə olunacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq", - nazir bildirib.
Müxalifətin Rusiya və İranın "Tramp yoluna" qarşı olduğunu iddia edib-etmədiyi soruşulduqda isə Mirzoyan deyib: "Bu insanlara qulaq asmayın, bu, yalandır. İranlı həmkarlarımdan eşitdiyimə görə, infrastrukturun bloklanması İranda suallar doğurub, onlar suallar veriblər, biz cavablar vermişik və indi həm biz, həm də İran infrastrukturun bloklanmasında imkanlar görürük".
Zeynəb Rzayeva
Bakı 




