İsrail Hizbullahın qərargah rəisi Heysəm Əli Təbatəbaini öldürdüyünə görə cavab verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hizbullahın baş katibi Naim Qasım bildirib.
"Biz bu cinayəti təcavüz aktı hesab edirik və cavab vermək hüququmuz var. Bunun nə vaxt olacağını müəyyən edəcəyik", - Naim vurğulayıb.
Qeyd edək ki,noyabrın 23-də İsrail Beyrutda Təbatəbainin olduğu məkana zərbələr endirib. Zərbələr nəticəsində Təbatəbai öldürülüb.
Bakı 



