• Bakı 15° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Ərdoğan: Ölkənin sabitlik və birliyinin qorunması əsas məqsəddir

DÜNYA

30 Oktyabr 2025 | 10:12

Ərdoğan: Ölkənin sabitlik və birliyinin qorunması əsas məqsəddir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.

Bakıvaxtı.az bu barədə TRT-yə istinadla xəbər verir.

Ölkə başçısı bildirib ki, Türkiyənin “mübarək səfərinə” heç bir daxili və xarici qüvvənin mane ola bilməz.

O, millətin minilliklərdir birliyini və azadlıq eşqini qoruduğunu vurğulayıb. Ərdoğan Türkiyə Cümhuriyyətinin qədim dövlət ənənəsinin son həlqəsi olduğunu və milli iradənin təcəssümü kimi formalaşdığını qeyd edib.

Türkiyə lideri son 23 ildə rəsmi Ankaranın müdafiə sənayesi, iqtisadiyyat və texnologiya sahəsində böyük inkişaf yolu keçdiyini bildirib.

"Türkiyə artıq öz döyüş gəmilərini, təyyarələrini və PUA-larını istehsal edir. Ölkənin sabitlik və birliyinin qorunması əsas məqsəddir",- Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 Oktyabr 2025