• Bakı 14° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı - FOTO

DÜNYA

30 Oktyabr 2025 | 12:03

Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı - FOTO

Rusiyanın Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki,49 yaşlı iş adamı 24 oktyabrda Zareçnı şəhərində yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı bildirilib.

"Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçnıda keçiriləcək, daha sonra meyit Azərbaycana aparılacaq. Ərimi doğmalarının yanında dəfn edəcəyik", - deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.


SON XƏBƏRLƏR