İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yerləşən Hebrondakı Hərəm İbrahimi məscidini 30 sentyabr – 2 oktyabr tarixlərində "Yom Kippur" bayramını bəhanə edərək üç gün müddətinə bağlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, Fələstin Vəqflər və Dini İşlər Nazirliyi bu addımı ibadət azadlığının məhdudlaşdırılması və məscidin sistemli şəkildə hədəfə alınması kimi qiymətləndirərək pisləyib.
Açıqlamada İsrailin azanın qarşısını almaq, məscid işçilərini yoxlamaq və vəzifələrinə mane olmaq kimi qanun pozuntularının artdığı vurğulanıb. Bu barədə UNESCO-ya pozuntuların qarşısını almaqla bağlı çağırış edilib.
Qeyd edək ki, Haram İbrahimi məscidi sentyabrın 22-də də yəhudilərin “Roş-Ha-Şana” bayramı səbəbilə bağlanmışdı.
Əli Hüseynov