• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Kamçatka sahillərində 6,1 maqnitudada zəlzələ qeydə alınıb

DÜNYA

30 Sentyabr 2025 | 09:23

Kamçatka sahillərində 6,1 maqnitudada zəlzələ qeydə alınıb

Mütəxəssislər Rusiyanın şərqindəki Kamçatka yarımadasının sahillərində 6,1 bal gücündə yeraltı təkan qeydə alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 5 bal intensivliyə qədər zəlzələni diyarın mərkəzinin sakinləri hiss edə biliblər.

"Petropavlovsk-Kamçatskidən məsafə: 98 km. Dərinlik: 48 km. Maqnituda: 6.1. Məlumatlara əsasən, zəlzələ regional paytaxtın müxtəlif ərazilərində 5 bal gücündə hiss olunub", - məlumatda deyilir.

Regional fövqəladə hallar naziri Sergey Lebedev sunami təhlükəsinin olmadığını bəyan edib.


SON XƏBƏRLƏR

14 Noyabr 2025