• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Aylardır komada olan Əməkdar həkim vəfat etdi

CƏMİYYƏT

31 Avqust 2025 | 21:30 | Müəllif: Subhan Mahmudov

Aylardır komada olan Əməkdar həkim vəfat etdi

Əməkdar həkim, uzun illər Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin müdiri vəzifəsində çalışmış Məmmədov Cabir İsrafil oğlu vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 75 yaşlı həkim aprel ayından süni nəfəs aparatına qoşulub. O, şəkər xəstəliyi və xroniki böyrək çatışmazlığından əziyyət çəkib.

Cabir Məmmədov 12 iyun 1950-ci ildə Quba rayonunda anadan olub. 50 ildən çoxdur həkimlik edən C.Məmmədov 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib, 2018-cü ildə Prezidentin Sərəncamına əsasən “Əməkdar həkim” fəxri adına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026