• Bakı 18° C

    13.36 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Sabah İtaliya- Azərbaycan Universiteti AÇILIR

CƏMİYYƏT

30 Sentyabr 2025 | 21:03

Sabah İtaliya- Azərbaycan Universiteti AÇILIR

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib.

“Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib.

Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər”.


SON XƏBƏRLƏR