• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Balakənin saxlanılan icra başçısı bu maddələrlə ittiham olunur

CƏMİYYƏT

30 Oktyabr 2025 | 17:19

Balakənin saxlanılan icra başçısı bu maddələrlə ittiham olunur

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Vahid oğlu Rzayevə qarşı irəli sürülən ittihamlar açıqlanıb.

Bakıvaxtı.az Teleqraf-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün vəzifəsindən azad edilən İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi üzrə ittiham irəli sürülüb.

Belə ki, o, 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan İslam Rzayev Bakıya gətirilib.

Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.


SON XƏBƏRLƏR