Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. O, korrupsiya cinayətlərində şübhəli bilinir.
Bakı 


