"Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkisinə çox ciddi hazırlıq görür".
Bu barədə Bakıvaxtı.az-a deputat Naqif Həmzəyev deyib.
Deputat vurğulayıb ki, Nikol Paşinyanın "müstəqillik və suverenlik" konsepsiyasını irəli sürməsi baş nazirin siyasətini müəyyən qədər inandırıcı edib:
"Xüsusən Paşinyanın "4-cü respublika"nı qurmaq niyyəti, dövlət büdcəsini "ailə büdcəsi" adlandırması, universal sığortanın tətbiq ediləcəyini deməsi, gəlirlərin 9 faizə qədər artacağını vurğulaması baş nazirin əlini gücləndirib”.
Deputat deyib ki, ancaq Paşinyan üçün ciddi çətinliklər də mövcuddur. Keçirilən sorğular da ürəkaçan deyil:
“Ötən müddət ərzində Paşinyanın reytinqi aşağı düşüb. Xüsusən, son aylarda kilsə ilə açıq mübarizəyə keçməsi baş nazirə dəstəyi bir qədər azaldıb. Müəyyən bir qrup isə bitərəf qalmağı seçib və "Kilsə, yaxud Paşinyan" seçimini etməyib. Çünki dini inanclarına görə ermənilər kilsədən aralanmaq istəmirlər. Bəzi ermənilər isə Paşinyana açıq dəstək verməkdən çəkinirlər. Ən əsası isə Paşinyan seçki öncəsi qarşısına çıxarılacaq sürpriz namizədlərdən ehtiyatlanır. Ona görə də bütün siyasi rəqibləri əleyhinə sərt mübarizə aparır”.

Natiq Həmzəyev: Bəzi ermənilər isə Paşinyana açıq dəstək verməkdən çəkinirlər
Ermənistanda böyük Rusiya şəbəkəsinin olduğunu deyən N.Həmzəyev bildirib ki, onu tamamilə təmizləmək qeyri-mümkündür. Dediyinə görə, məsələ ondadır ki, Paşinyanın ətrafında da həmin şəbəkənin təsiri altına düşmüş insanlar var. Paşinyanın işi o qədər də asan deyil.
Aydın Baxış
Bakı 



