• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Pakistan Rusiya ilə hərtərəfli tərəfdaşlığı inkişaf etdirəcək - XİN 

SİYASƏT

28 Noyabr 2025 | 17:04 | Müəllif: Gülşən Şərif

Pakistan Rusiya ilə hərtərəfli tərəfdaşlığı inkişaf etdirəcək - XİN

Pakistan Rusiya ilə hərtərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının iclası zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çalışacaq.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi deyib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə son məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində deyil, həm də əvvəllər irəli sürülən təşəbbüslər kontekstində mühüm potensiala malikdir.

"Biz hökumətlərarası komissiya çərçivəsində hər bir razılaşmanın həyata keçirilməsində son dərəcə maraqlıyıq. Bizim Rusiya ilə çox yaxşı, hərtərəfli tərəfdaşlığımız var və biz bunu gələcəkdə də inkişaf etdirəcəyik", - deyə XİN sözçüsü qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026