• Bakı 14° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

"Kəpəz" klubu 10 min manat cərimələndi

İDMAN

30 Oktyabr 2025 | 12:34

Kəpəz klubu 10 min manat cərimələndi

Misli Premyer Liqası təmsilçisi "Kəpəz" klubu 10 min manat cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna IX turda "İmişli" ilə matçda yaşananlar səbəb olub. Oyununun 25-ci dəqiqəsində "Kəpəz"in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu 1000 manat cərimələnib. Oyununun 38-ci dəqiqəsində azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin azarkeşlər qarşılaşmanın 68-ci dəqiqəsində pirotexniki vasitədən istifadə edildiyinə görə klub daha 3000 manat cərimə olunub.

"Qəbələ" – "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Neftçi" komandası 3000 manat cərimə edilsin.

IX turun "Araz-Naxçıvan" – "Sabah" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" 700 manat cərimələnib.

Misli Premyer Liqasında IX turun "Qəbələ" – "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Neftçi" komandası 3000 manat cərimə edilsin.


SON XƏBƏRLƏR