• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

UEFA “Qarabağ”ı cərimələdi

İDMAN

29 Noyabr 2025 | 11:38

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ” futbol klubunu cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, cəzaya Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.

Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

Xatırladaq ki, görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib. Matçdan sonra “Çelsi” bu hərəkəti qınayıb, “Qarabağ” isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026