• Bakı 14° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

İsrail Livana zərbə endirdi

DÜNYA

30 Oktyabr 2025 | 13:17

İsrail Livana zərbə endirdi

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələrin endirilməsi barədə məlumatı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IDF-nin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində "Hizbullah"ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib", - bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələri bildirir ki, bu bölgədə "Hizbullah"ın infrastrukturunun mövcudluğu İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulmasıdır.


SON XƏBƏRLƏR