• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Roma papası XIV Leo İstanbulun Mavi məscidində olub

DÜNYA

29 Noyabr 2025 | 12:09 | Müəllif: Gülşən Şərif

Roma papası XIV Leo İstanbulun Mavi məscidində olub

Roma papası XIV Leo Türkiyə səfərinin ikinci günündə İstanbulun Mavi məscidində olub.

Bakıvaxtı.az xəbər verir ki, məsciddə Türkiyənin Dini İşlər Administrasiyasının rəhbəri ona mavi kərpiclərlə işlənmiş uca günbəzi göstərib.

Katolik kilsənin rəhbəri bununla özündən əvvəlki pontifiklərin irsini davam etdirərək, məscidə baş çəkməklə Türkiyənin müsəlman çoxluğuna olan hörmətini ifadə edib.

Qeyd edək ki, Roma papası ilk xarici səfərini məhz Türkiyəyə edib. Bunun ardınca o Livana yollanacaq.

Katolik kilsə tarixində ilk amerikalı papanın Yaxın Şərqdə sülh barədə daha geniş məzmunda danışacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026