• Bakı C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Tramp: Sülhlə bağlı böyük irəliləyiş əldə edilib

DÜNYA

29 Dekabr 2025 | 08:40

Tramp: Sülhlə bağlı böyük irəliləyiş əldə edilib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində böyük irəliləyiş əldə olunduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Mar-a-Laqoda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün çox məhsuldar keçdiyini və sülh planının 95 faizinin razılaşdırıldığını vurğulayıb.

Tramp danışıqların detalları üzərində çalışmaq üçün xüsusi işçi qrupun yaradıldığını və prosesin bir neçə həftə ərzində yekunlaşa biləcəyini qeyd edib.

ABŞ lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə 2,5 saatlıq telefon danışığı apardıqlarını və Putinin sülhə maraqlı olduğunu söyləyib.

Tramp Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin edilməsində əsas rol oynayacağını da diqqətə çatdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Dekabr 2025