ABŞ prezidenti Donald Tramp Cənubi Koreya hakimiyyəti ilə Seulun Amerika iqtisadiyyatına çoxmilyardlıq sərmayə qoyması barədə razılığa gəldiyini açıqlayıb.
Bakıvaxtı.az "The Economist"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ prezidenti "TruthSocial" hesabında paylaşım edib.
O, bildirib ki, bu investisiyalar ABŞ-nin idxal tariflərinin azaldılması müqabilində ediləcək:
"Cənubi Koreya ABŞ-nin onlara tətbiq etdiyi tarifləri aşağı salmaq müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Onlar həmçinin bizim neft və qazımızı böyük miqdarda almağa razılaşıblar və Cənubi Koreyanın zəngin şirkətləri və iş adamlarının ölkəmizə sərmayələri 600 milyard dolları keçəcək".
Tramp həmçinin Cənubi Koreya Hərbi Dəniz Qüvvələri üçün Amerika gəmiqayırma zavodunda nüvə sualtı qayığının tikintisinə razılıq verdiyini açıqlayıb.
Gülşən Şərif
Bakı 


