Ermənistan ilə Avropa Komissiyası arasında "Ermənistanda nüvə təhlükəsizliyinin və radiasiyadan mühafizənin gücləndirilməsi" maliyyə sazişinin imzalanması təsdiqlənib.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
O, bildirib ki, sazişin əsas məqsədi Ermənistanda nüvə təhlükəsizliyinin və radiasiyadan mühafizənin gücləndirilməsinə yardım etməkdir. Bu müqavilə çərçivəsində Ermənistan bir sıra mühüm məsələlərin həlli üçün 5 milyon avro məbləğində maliyyə yardımı alacaq.
Nazir qeyd edib ki, hökumət tərəfindən təsdiq edilmiş sənəd 2024-cü ildə əldə edilmiş razılaşmanın davamıdır:
"Razılaşmaya əsasən, Ermənistana hidrogenlə bağlı qəzaların idarə edilməsinə yönəlmiş məqsədyönlü ehtiyaclar üçün artıq 12,9 milyon avro ayrılıb. Bu 5 milyon avronun bir hissəsi hidrogen yanma avadanlığının alınmasına sərf olunacaq və bu avadanlıq Ermənistan Atom Elektrik Stansiyasına veriləcək".
Gülşən Şərif
Bakı 


