Çinin aparıcı yeni enerji daşıyıcıları (NEV) istehsalçısı olan "BYD Co" şirkətinin 2025-ci ilin üçüncü rübü üçün xalis mənfəət və gəliri azalıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, şirkətin yaydığı hesabatda yer alıb.
Hesabata görə, iyul-sentyabr aylarında şirkətin xalis mənfəəti illik müqayisədə 32,6% azalaraq 1,1 milyard dollara düşüb. Gəlir isə 3,1% azalıb.
İyul-sentyabr aylarında şirkət təxminən 1,11 milyon yeni enerji avtomobili satıb ki, bu da bir il əvvəlkindən 1,8% azdır.
Gülşən Şərif
Bakı 


