• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan manatının dövretmə sürəti oktyabrda artıb

İQTİSADİYYAT

29 Noyabr 2025 | 10:13 | Müəllif: Gülşən Şərif

Azərbaycan manatının dövretmə sürəti oktyabrda artıb

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,04 bənd çox, ilin əvvəli ilə müqayisədə eyni, ötən il noyabrın 1-nə nisbətən isə 0,14 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026