• Bakı C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Gümüşün qiymətində yeni REKORD

İQTİSADİYYAT

29 Dekabr 2025 | 09:42

Gümüşün qiymətində yeni REKORD

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir trua üçün 82 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiqləyir.

Xəbərə görə, gümüşün qiyməti Bakı vaxtı ilə saat 03:00-da 6.16% artaraq, bir trua unsiyasına görə 81.95 dollar təşkil edib. Saat 03:25-ə qədər isə qiymət bir trua unsiyası üçün 82.44 dollara (+6.79%) yüksəlib.

Eyni zamanda, 2026-cı ilin fevral ayında "Comex" birjasında çatdırılma üçün qızıl füçersləri trua unsiyası üçün 4568 dollar (+0.34%) səviyyəsində olub.


SON XƏBƏRLƏR

28 Dekabr 2025