• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Könüllü sığorta bazarı 13%-ə yaxın böyüdü

İQTİSADİYYAT

27 Yanvar 2026 | 17:55

Könüllü sığorta bazarı 13%-ə yaxın böyüdü

2025-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 1,139 milyard manat sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 127,6 milyon manat və ya 12,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 160,8 milyon manat və yaxud 26,2% artaraq 773,8 milyon manata çatıb.

Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 67,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım deməkdir.


SON XƏBƏRLƏR