• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Gültəkin Hacıbəyli ölkədən qaçıb? - Özündən AÇIQLAMA -YENİLƏNİB

CƏMİYYƏT

30 Oktyabr 2025 | 15:42

Gültəkin Hacıbəyli ölkədən qaçıb? - Özündən AÇIQLAMA -YENİLƏNİB

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ölkədən qaçması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə işbirliyinin ortaya çıxması səbəbindən ölkədən qaçdığı haqda məlumat yayılmışdı.

***

14:28

Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən sonra Gültəkin Hacıbəyli ölkədən qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu24.com məlumat yayıb.

Sayt onun Türkiyəyə getdiyini yazıb.

Bildirilib ki, G.Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən, gecə ilə Bakını tərk edib.

Xatırladaq ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrişili planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda Gültəkin Hacıbəylinin də adı olduğu iddia edilir.


SON XƏBƏRLƏR