Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində dağıntı altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
13:29
Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.
Məlumata görə, iritonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub.
Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.
Bakı 

jpg-1761825690.jpg)
