Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya dirijorun özü məlumat verib.
O qeyd edib ki, bir neçə gün əvvəl yıxılıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Bakı Sağlamlıq Mərkəzindən isə bildirilib ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.
"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.
Bakı 


