Beynəlxalq təhlükəsizlik və strateji sabitlik üçün nüvə silahlarının mövcudluğu həmişə həssas bir tarazlıq tələb edib.
ABŞ-nin keçmiş prezidenti Donald Trampın ölkədə nüvə sınaqlarının dərhal bərpası barədə göstərişi bu tarazlığı yenidən sarsıda biləcək bir addım kimi görünür. Belə bir qərar yalnız regional deyil, qlobal miqyasda təsir doğura bilər, çünki nüvə sınaqları həm texnoloji üstünlüyü nümayiş etdirir, həm də diplomatik mesaj daşıyır.
Bu addımın nəticəsi olaraq Rusiya və Çin kimi nüvə gücləri ABŞ-nin hərbi qabiliyyətlərini yenidən qiymətləndirməyə və öz strateji mövqelərini gücləndirmək üçün addımlar atmağa məcbur ola bilər.
Nəticədə, qlobal nüvə qüvvələri balansında yeni bir silahlanma yarışının başlanğıcı kimi qiymətləndirilməsi mümkündür.
Eyni zamanda, bu qərar nüvə silahlarının yayılmaması prinsiplərinə, mövcud beynəlxalq müqavilələrə və strateji sabitliyə birbaşa təsir göstərə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, ABŞ Dövlət Departamentinin işçi qrupu yaratmaq planı və ardınca atılacaq addımlar Rusiya üçün həqiqətən təhlükəli məqamlar yaratmır:
"Bəli, hazırda Rusiya mediası və Rusiya hakimiyyətinə təsir edən media, jurnalistlər və siyasətçilər bu prosesləri Rusiyanın maraqlarına ciddi təhlükə kimi təqdim edir. Lakin mən bu təqdimatla razı deyiləm".
Ekspert hesab edir ki, Rusiya Cənubi Qafqaza, xüsusən də Zəngəzur dəhlizinə özünü arxa bağça kimi baxmaq düşüncəsindən çıxmalıdır:
"Cənubi Qafqazı yalnız Rusiya imperiyasının həyati maraqlarının təmin olunduğu bir bölgə kimi görməkdən əl çəkməlidir. Əksinə, Rusiya bu məsələlərə əməkdaşlıq imkanları prizmasından yanaşmalıdır".

Mübariz Göyüşlü: Dəhlizə qarşı tərəflərin maraqlarını təhdid edən qarşıdurma və gərginlik yanaşması məsələni mürəkkəbləşdirir
Həmsöhbətimizin fikrincə, Cənubi Qafqazdan Rusiya, region ölkələri ilə qarşılıqlı tərəfdaşlıq əsasında əməkdaşlıq edən bir ölkə statusunda fəaliyyət göstərməlidir və Zəngəzur dəhlizindən öz faydasını görməlidir:
"Hətta demək olar ki, İran, Çin, ABŞ, Avropa, Türkiyə, Türk dünyası və İslam dünyası da bu dəhlizdən yararlanmalıdır. Dəhlizə qarşı tərəflərin maraqlarını təhdid edən qarşıdurma və gərginlik yanaşması məsələni mürəkkəbləşdirir".
Sonda Mübariz Göyüşlü əlavə edib ki, Zəngəzur dəhlizinin açılması əməkdaşlıq, sülh, sabitlik və iqtisadi ticarət imkanları yaradır. Hesab edirəm ki, bu layihə “Tramp marşrutu” deyil, əslində, Zəngəzur dəhlizidir:
"ABŞ-nin Avropanın və Türkiyənin fəallaşmasının, eləcə də Rusiya və İranın maraqlarına zərbə vurduğu kimi təqdim olunması yanlışdır. Dövlətlərin hamılıqla bu dəhlizin istifadəsinə, nəqliyyat, ticarət və logistika əlaqələrinin qurulmasına və genişlənməsinə töhfə verməsi vacibdir".
Əli Hüseynov
Bakı 


