• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Bir qardaşı həbs edildi, digəri axtarışa verildi - TƏFƏRRÜAT

CƏMİYYƏT

30 Oktyabr 2025 | 14:46

Bir qardaşı həbs edildi, digəri axtarışa verildi - TƏFƏRRÜAT

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca daha bir xəbər yayılıb.

Bakıvaxtı.az oxu24.com-a istinadən xəbər verir ki, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.

Onun digər qardaşı Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi məlumata görə, Atababa Səmədov bir qrup şəxslə qrup şəklində dələduzluq əməli törətməkdə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atababa Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Atababa Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min dollar miqdarında pul "atıb". O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. 

Saleh Səmədovun qardaşının Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb. O, da məlum olub ki, Atababa Səmədov illər öncə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.


SON XƏBƏRLƏR