• Bakı 14° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Azərbaycanlı avtoritetə 25 il həbs verildi

DÜNYA

30 Oktyabr 2025 | 13:01

Azərbaycanlı avtoritetə 25 il həbs verildi

ABŞ-da iranlı jurnalist və dissident Məsih Əlinejada sui-qəsd hazırlayan iki şəxs 25 il həbs cəzasına məhkum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əlinejadın sözçüsü məlumat yayıb.

Bildirilib ki, cinayətkar təşkilatın üzvləri - Rüfət Əmirov və Polad Ömərov Manhettendə federal məhkəmə tərəfindən günahkar biliniblər.

Məlumata görə, hər 2 şəxs 2022-ci ilin yayında Əlinejada sui-qəsd etmək üçün İran rejimindən sifariş alıblar.

Prokurorluq hər iki şəxs üçün 55 il həbs cəzası tələb etmişdi. İttiham olunanların Rüfət Əmirov azərbaycanlı, Polad Ömərov isə çeçendir. Hər ikisi Rusiya vətəndaşıdır.

Xatıqladaq ki, 45 yaşlı Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada iranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.

Qeyd edək ki, R.Əmirov və P.Ömərov kriminal avtoritet kimi tanınırlar.


SON XƏBƏRLƏR