• Bakı 14° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

ABŞ Azərbaycandan xahiş etdi

CƏMİYYƏT

30 Oktyabr 2025 | 12:56

ABŞ Azərbaycandan xahiş etdi

ABŞ Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “AnewZ” yayıb. 

Bildirilib ki, Azərbaycan bununla bağlı hələ öz yekun qərarını verməyib. 

Məlumata əsasən, Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi qətidir. Belə ki, prosesdə iştirak BMT Təhlükəsizlik Şurasının beynəlxalq legitimliyi təsdiq edən və dəqiq mandat təyin edən qətnaməsinə əsaslanmalıdır.

Xatırladaq ki, bundan əvvəl, “Politico” bir neçə ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətində olduğunu yazıb. Sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələrin isə Azərbaycan, İndoneziya və Pakistan olduğu bildirilib.


SON XƏBƏRLƏR