• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

“Qarabağ” – “Çelsi” U-19 komandalarının matçına hakim təyinatı AÇIQLANDI

İDMAN

30 Oktyabr 2025 | 15:23

“Qarabağ” – “Çelsi” U-19 komandalarının matçına hakim təyinatı AÇIQLANDI

UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu üçün hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az Qol.az-a istinadla xəbər verir ki, oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.


SON XƏBƏRLƏR