• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

İki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi

CƏMİYYƏT

30 Oktyabr 2025 | 14:34

İki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi

Bakıda iki küçəyə Xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Teleqraf"a Xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.

"Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə bir küçəyə Məmmədbağır Bağızadənin adı verilib", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Məmmədbağır Bağırzadənin vəfatından 20 il ötür. O, 55 yaşında dünyasını dəyişib.


SON XƏBƏRLƏR