• Bakı 16° C

    2.71 m/s

ABŞ-nin vitse-prezidenti: Miqrantların sayı azaldılmalıdır

DÜNYA

30 Oktyabr 2025 | 14:33 | Müəllif: Gülşən Şərif

ABŞ-nin vitse-prezidenti: Miqrantların sayı azaldılmalıdır

Birləşmiş Ştatlar son illərdə həm qeyri-qanuni, həm də qanuni çoxlu sayda immiqrant qəbul edir. Bu rəqəm azaldılmalıdır.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

Onun sözlərinə görə, mühacirlərin çoxu ABŞ-yə səhv immiqrasiya siyasətləri, xüsusən də keçmiş prezident Co Bayden dövründə gedib:

 "Qanuni immiqrasiya məsələsi mürəkkəbdir. Biz hər il ABŞ-yə bir milyona yaxın qanuni immiqrant qəbul edirik. Məhz bu mühacirlərin hesabına Amerika vətəndaşları daha az maaş alırlar. Bəzi miqrantlar Birləşmiş Ştatlara fayda verə bilər. Buna baxmayaraq ki, ABŞ-yə həddindən artıq çox miqrantgəldiyi üçün ümumi sayı azaldılmalıdır".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026