• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Paşinyanın açıqlaması regionu silkələdi: Daxili auditoriyaya mesaj, yoxsa real dönüş?

SİYASƏT

30 Oktyabr 2025 | 15:18

Paşinyanın açıqlaması regionu silkələdi: Daxili auditoriyaya mesaj, yoxsa real dönüş?

Ermənistan Baş naziri Nikol Paşinyanın “Biz sülhə nail olmuşuq və bu, reallıqdır” bəyanatı regionda yeni müzakirə dalğası yaradıb.

Bu açıqlama, xüsusilə də “Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə daxil olmaq üçün tarixi imkan yaranıb” ifadəsi fonunda, müşahidəçilər tərəfindən Ermənistanın artıq Qarabağ məsələsini bağladığına dair bir siyasi mesaj kimi qiymətləndirilir.

Paşinyanın bu fikrinin həm beynəlxalq ictimaiyyətə, həm də daxili auditoriyaya ünvanlandığını bildirirlər. Onların fikrincə, bu bəyanat İrəvanın regionda yeni reallığı qəbul etdiyini, lakin eyni zamanda daxili ictimai rəyi yumşaltmaq məqsədi daşıdığını da göstərir.

Bəs, bu, Ermənistan cəmiyyətində və diasporunda hansı siyasi silkələnmələrə səbəb ola bilər və Azərbaycanla münasibətlərdə yeni reallıq doğrudanmı formalaşır, yoxsa bu, Paşinyanın daxili auditoriyaya mesajıdır?

Aydın Mirzəzadə: Silahlı qüvvələrimiz hazırda Ermənistanla şərti sərhəd xəttində mövqelənib

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, artıq Qarabağ problemi faktiki olaraq həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib:

“Azərbaycan bütün torpaqlarını işğaldan azad edib. Bizim silahlı qüvvələrimiz hazırda Ermənistanla şərti sərhəd xəttində mövqelənib. Nə Ermənistan, nə də digər dövlətlər Azərbaycan torpağının bir santimetrini belə ala bilməz".

Deputat vurğulayıb ki, prosesin məntiqi sonluğa çatması üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, Azərbaycan ərazilərinə iddia yaradan müddəaları çıxarmalı və bu ilin avqustunda paraflanmış sülh sazişi hər iki tərəfdən imzalanmalıdır:

“Azərbaycan sülh müqaviləsini imzalamağa tam hazırdır. Növbəti addım Ermənistandan gözlənilir. Ermənistan konstitusiyasından Azərbaycan torpaqlarına iddia ilə bağlı müddəa çıxarıldıqdan sonra ölkəmiz bu dövlətlə normal qonşuluq münasibətləri qurmağa və keçmiş Qarabağ problemini birdəfəlik arxivə göndərməyə hazırdır”.

“Paşinyanın son çıxışı Ermənistanın daxili siyasi səhnəsində ciddi rezonans doğura bilər. Çünki bu bəyanat, faktiki olaraq, “Qarabağ məsələsinin bağlandığı” anlamına gəlir və bu, həm Ermənistan cəmiyyətində, həm də diaspor dairələrində siyasi silkələnmələrə səbəb ola bilər", - deyə Aydın Mirzəzadə əlavə edib.

Aynur


SON XƏBƏRLƏR