• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

“Lukoyl”un xarici aktivlərini onlar aldı

DÜNYA

30 Oktyabr 2025 | 13:22

“Lukoyl”un xarici aktivlərini onlar aldı

Rusiyanın “Lukoyl” şirkəti beynəlxalq enerji treyderi “Gunvor Group” ilə törəmə şirkəti “Lukoil International GmbH”in tam satışı barədə razılığa gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat paylaşılıb.

Azərbaycanlı iş adamı Vahid Ələkbərovun təsisçisi olduğu şirkət digər potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyi götürüb.

Sövdələşmənin əsas şərtlərinin artıq razılaşdırıldığı bildirilir. 

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir.

Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.


SON XƏBƏRLƏR