• Bakı 17° C

    16.51 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Bu tarixədək güclü külək əsəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

30 Sentyabr 2025 | 17:47

Bu tarixədək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə güclü külək əsəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir.

Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9 m/san olacaq.


SON XƏBƏRLƏR