• Bakı 28° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Ukraynaya silahların üçdə birini Bolqarıstan verirdi

DÜNYA

01 Sentyabr 2025 | 00:33

Ukraynaya silahların üçdə birini Bolqarıstan verirdi

Ukraynada münaqişə başlayanda Kiyevə verilən silahların üçdə biri Bolqarıstan tərəfindən təmin edilirdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Bolqarıstanın ən böyük silah-sursat zavodu olan Sopotdakı Hərbi Mexanika Zavodunda keçirdiyi mətbuat konfransında deyib.

"Bolqarıstana təşəkkür etmək istəyirəm. Münaqişənin başlanğıcında Ukraynanın istifadə etdiyi silahların üçdə biri Bolqarıstan tərəfindən təmin edilib", - fon der Leyen bildirib.

O, Bolqarıstanın barıt və NATO çaplı mərmilərin istehsalını artırmaq planlarını alqışlayıb və qeyd edib ki, bunun da əhəmiyyətli hissəsi Ukrayna üçün nəzərdə tutulub.


SON XƏBƏRLƏR

31 Avqust 2025