Almaniyaya məxsus sərnişin təyyarəsi havada olarkən göyərtəsində tüstülənmə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, Almaniyanın Frankfurt şəhərindən Danimarkaya uçan “Lufthansa” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra geri qayıtmağa məcbur olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra kabinə və salonda güclü tüstü yaranıb.
Təyyarə 35 dəqiqə sonra təhlükəsiz şəkildə hava limanına eniş edib. Hadisə nəticəsində bir sərnişin xəsarət alıb. Təyyarədə hansı səbəbdən tüstülənmə olduğu barədə məlumat verilməyib.