• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya İES-ə zərbə endirdi: ölənlər var

DÜNYA

31 Oktyabr 2025 | 00:23 | Müəllif: Subhan Mahmudov

Rusiya İES-ə zərbə endirdi: ölənlər var

Oktyabrın 30-da Rusiya qüvvələri Slavyansk İstilik Elektrik Stansiyasına (İES) zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam video müraciətində bildirib.

"Bir neçə saat əvvəl Slavyansk İstilik Elektrik Stansiyasına hücum oldu. Təəssüf ki, iki nəfər həlak oldu. Başsağlığı verirəm. Yaralılar var. Bu da terrordur. Normal insanlar belə döyüşmürlər, buna dünyanın müvafiq reaksiyası olmalıdır", - prezident deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026