• Bakı 13° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Alyaskada güclü zəlzələ oldu

DÜNYA

30 Oktyabr 2025 | 23:17

Alyaskada güclü zəlzələ oldu

ABŞ-ın Alyaska ştatının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 291 min nəfərin yaşadığı Ankoric şəhərindən 177 km şimalda yerləşib. Ocaq 23 km dərinlikdə olub.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


SON XƏBƏRLƏR

30 Oktyabr 2025