• Bakı 13° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlanıb

DÜNYA

31 Oktyabr 2025 | 00:02

Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlanıb

Vilnüs Beynəlxalq Aeroportu hava məkanında "naməlum obyektlər" səbəbindən təyyarələrin uçuş və qəbulunu dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava limanı yerli vaxtla saat 20:10-da Vilnüsə doğru uçan hava şarları səbəbindən təxminən üç saatlıq bağlanıb.

Bu arada, Düsseldorfdan Litva paytaxtına uçuşu planlaşdırılan reys Riqaya yönləndirilib.

Xatırladaq ki, oktyabrın 29-da Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib. Buna səbəb Belarusdan qaçaqmalçılıq yolu ilə gətirilən hava şarları tərəfindən ölkənin hava məkanının pozulması hallarının artması olub. Pozuntular Vilnüs aeroportunun dörd dəfə, Kaunas hava limanının isə bir dəfə bağlanması ilə nəticələnib.


SON XƏBƏRLƏR

30 Oktyabr 2025