• Bakı 28° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Tramp administrasiyası qvardiyanı iri şəhərlərə yerləşdirəcək

DÜNYA

31 Avqust 2025 | 23:30

Tramp administrasiyası qvardiyanı iri şəhərlərə yerləşdirəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası Milli Qvardiya qoşunlarını Vaşinqton və Çikaqodan başqa bir sıra digər böyük şəhərlərə də yerləşdirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem CBS telekanalında deyib.

"Düşünürəm ki, cinayət və zorakılıqla bağlı problemi olan bir çox şəhər var, ona görə də biz heç nəyi istisna etmirik. Müdaxilə etmək üçün resurslarımız və avadanlıqlarımız olduğundan əmin olmağa çalışırıq", - Noem bildirib.

Onun fikrincə, Çikaqo, Boston və San-Fransisko (Kaliforniya) daxil olmaqla iri şəhərlərin hakimiyyət orqanları cinayətkarlıqla mübarizədə qüvvələrini birləşdirmək üçün federal hökumətə müraciət etməlidir.


SON XƏBƏRLƏR

31 Avqust 2025