• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb

DÜNYA

31 Avqust 2025 | 20:51 | Müəllif: Subhan Mahmudov

Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniyanın Qahirədəki (Misir - red.) səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Britaniya XİN feysbuk sosial şəbəkəsində məlumat yayıb.

"Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb", - paylaşımda bildirilir.

Misir hakimiyyəti hadisə ilə bağlı hələlik şərh verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026