• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Dneprə hücum edib: yaralılar var

DÜNYA

30 Sentyabr 2025 | 19:04 | Müəllif: Subhan Mahmudov

Rusiya Dneprə hücum edib: yaralılar var

Rusiya ordusu Dnepr şəhərinə pilotsuz uçan aparatlarla hücum edib, nəticədə şəhərdə yanğınlar baş verib və yaralılar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə unian-a Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat verib.

    “Ruslar Dnepri PUA ilə vurublar. İlkin məlumata görə, yaralılar var”, – o bildirib.

    Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın qeydə alınıb. Ətraflı məlumatlar dəqiqləşdirilir.

    Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dron hücumu nəticəsində şəhərin mərkəzində genişmiqyaslı yanğın başlayıb, xüsusilə avtomobillər yanır, çox sayda insan qəlpə yarası alıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026