Berlində Aleksandrplats yaxınlığında tramvay və avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Bild” məlumat yayıb.
Nəşr qeyd edir ki, toqquşma nəticəsində avtobusda olan 6 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib. Tramvayda əksəriyyəti uşaqlar olmaqla 29 nəfər olub.