Rusiya müharibənin 1315-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 87 405 PUA-sı, 631 zenit-raket kompleksi, 25 304 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 30 078 artilleriya və minaatanı, 42 941 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.