Dünyaca məşhur qolfçu Tayqer Vudsun 1997-ci ildə Masters turnirində 9 yaşlı uşağa hədiyyə etdiyi qolf topu hərracda 64 min dollardan çox alıcı tapıb.
Bakıvaxtı.az xəbər verir ki, martın 27-də 500 dollarlıq ilkin təkliflə hərraca çıxarılan top hərrac dünən bitdiyi üçün 64 min 124 dollara satılıb.
1997-ci ildə Masters Vudsun ilk böyük çempionatı idi və onu Masters-ı qazanan ən gənc oyunçu etmişdi. Sözügedən çempionat Vudsun karyerasını müəyyənləşdirmişdi.
Qeyd edək ki, Golden Age hərrac evi topun finaldan qalan yeganə top olduğunu açıqlayıb.
Ay Tac















