Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt ortüyünün təmiri”nin satınalınması üzrə elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Xezer-Construction" MMC-dir.
Qalib şirkətlə 2 milyon 508 min 631 manat dəyərində müqavilə bağlanıb.
Bu şirkət “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin əvvəllər də keçirdiyi tenderlərdə qalib elan edilib.
Belə ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer-Construction" MMC-yə 16.05.2022-ci il tarixində “Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması” üzrə tenderə görə, 2 milyon 510 min 704 manat və 01.07.2021-ci il tarixində “Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri” üzrə tenderə görə, 2 milyon 539 min 163 manat ödəniş edib.
200 manat nizamnamə kapitalı olan “Xezer-Construction" MMC-nin qanuni təmsilçi Binnətov Rəmzi Rüfət oğludur.
İbRa
















