• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Pandemiyadan sonra məşhurlaşan ixtisaslar

CƏMİYYƏT

09 Iyun 2023 | 10:58 | Müəllif: Qalib İbrahimoğlu

Pandemiyadan sonra məşhurlaşan ixtisaslar

Artıq qəbul imtahanları başa çatıb. Bəzi imtahanların nəticələrin açıqlanıb. Bundan sonra daha ciddi mərhələ başlayır. Abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Bəs abituriyentlər ixtisas seçimini necə aparsınlar ki, ali məktəbi bitirdikdən sonra “heyf oxuduğum 4 ilə” deməsinlər?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər ixtisaslar üzrə plan yerlərini, abituriyentlərin imtahan nəticələrini, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulunda keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər: "Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirəm. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35- ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur".

Ekspert deyib ki, pandemiya dövrü əmək bazarında ehtiyac olan yeni ixtisasları tələb edib. Pandemiya dövründə bütün idarəetmənin onlayn rejimə kəçməsi gələcəkdə bu istiqamdə ixtisaslara daha çox ehtiyacın olacağını qaçılmaz edir: "Pandemiya və fövqəladə vəziyyətlərdə insanlar evdə qalırlar. Bu dövrə onlar həm işlərini görmək, həm də asudə vaxtlarını keçirmək üçün kompüter və onunla oyunlara daha çox vaxt ayırırlar ki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır. Eyni zamanda, oyun studiyalarında və memarlıqda, tibbdə, hüquqda və interaktiv simulyasiyası istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər".

Müsahibimizin sözlərinə görə, pandemiya dövrü Səhiyyə informasiyası və ya İnformasiya rəhbərliyi ixtisasına zəruri tələbatın olduğunu göstərdi: "Pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçiilməsi İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbatı zəruri edir. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda, müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir".

K.Əsədov qeyd edib ki, gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də Nanotexnologiyadır: "Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir və gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasına köməkçi olmaları gözlənilir. Nanotexnologiya əsaslı dərmanlar toksik dərmanları birbaşa şişlərə göndərməyi vəd etməkdə və bu texnologiya daha enerji qənaətli yanacaq hüceyrələrinin, günəş panellərinin, batareyaların hazırlanmasında və ətraf təmizliyində əsas rol oynaya biləcək mövqedədir. Bu sektorun 2015-ci ilə qədər qlobal miqyasda 2.4 trilyon dollarlıq bir böyüməyə çatması və 2023-ci ilə qədər də 2 milyon insana məşğulluq təmin etməsi gözlənilir. University at Albany-SUNY ölkənin ilk nanotexnologiya magistratura proqramını 2004-cü ildə başlatmış və 2010-ci ildə isə iki bakalavr dərəcəsi açıb. Bu dərəcələr tələbələri magistraturaya, nano əsaslı sektorlara və ya əsas araşdırmalara; fiziki elmlər, vəsait elmi, fizika, biofizika, kimya və ya biokimya sahələrindəki işlərə hazırlamaqdadır. Oxşar ixtisaslar açan məktəblər arasında Drexel University, Louisiana Tech University və University of Central Florida iştirak etməkdədir".

Xəyalə Rza

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR