• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bank hesablarından oğurluq edən qadın tutuldu

CƏMİYYƏT

09 Iyun 2023 | 10:43

Bank hesablarından oğurluq edən qadın tutuldu

İyunun 8-də Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR